Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 9-cu turun oyunları keçirilib.

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda IX turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
 
"Neftçi" "Kəpəz"lə qarşılaşıb. Bu oyun qolsuz heç-heçəylə başa çatıb. "Zaqatala" doğma meydanda "Qaradağ Lökbatan"ı, "Qarabağ" isə "Keşlə"ni məğlub edib. "Sabah" – "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib. Bununla da, Tovuz komandası liderliyini qoruyub.
 
Turun son oyununda MOİK "Sumqayıt"ın ikinci komandası ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda darmadağına seviniblər. Bu, sumqayıtlıların cari mövsümdəki ilk qələbəsi olub.
 
I Divizion
IX tur
9 dekabr
 
Zaqatala – Qaradağ Lökbatan 2:0
Qol: Bəhruz Teymurov, 56; 85.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüsal Məmmədov, Namiq Bəkirov
Zaqatala şəhər stadionu, 13:00
 
Neftçi-2 – Kəpəz 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
"Neftçi"nin məşq bazası (4-cü meydança), 13:00
 
Sabah-2 – Turan Tovuz 1:1
Qol: Abdullah Xaibullayev, 5 – Elmir Tağıyev, 62.
Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Elman Kərimov, Səbuhi Bayramov
"Bank Respublika Arena" (ehtiyat meydança), 14:00
 
Qarabağ-2 – Keşlə-2 1:0
Qol: Nəriman Axundzadə, 62.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, Rəşad Əhmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00
 
MOİK – Sumqayıt-2 1:5
Qol: Elvin Nəsibov, 90+1 - Elçin Əsədov, 5-pen; 12-pen. Cavidan Abbaszadə, 25; 43. İsmayıl Babayev, 45+1.
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Hidayət Feyzullayev, Rauf Cabarov
"ASCO Arena", 16:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest