"Kağız üzərində Portuqaliya favoritdir. Biz isə İrlandiya ilə 2-ci yer uğrunda mübarizə aparmalıyıq. Mən isə düşünürəm ki, biz özümüz hər zaman digər komandalar üçün ən güclü rəqib olmuşuq"

Futbol üzrə Serbiya yığmasının qapıçısı Marko Dmitroviç Dç-2022-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
 
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Kağız üzərində Portuqaliya favoritdir. Biz isə İrlandiya ilə 2-ci yer uğrunda mübarizə aparmalıyıq. Mən isə düşünürəm ki, biz özümüz hər zaman digər komandalar üçün ən güclü rəqib olmuşuq. Martda başlayacaq seçmə mərhələyə hazırlaşmaq üçün kifayət qədər vaxt var. Rəqibləri, son seçmə mərhələdə baş verənləri analiz etməliyik. Hər oyuna ayrılıqda hazırlaşmalıyıq. Zəif rəqiblərlə əvvəlki görüşlərin bizə baha başa gəldiyini bilirik. Hətta Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib. ümid edirəm ki, bu dəfə belə olmayacaq. Mart ayınadək sağlam və əla formada qalmalıyıq".
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest