Futbol üzrə Türkiyə Super Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
 
5-ci turdan təxirə salınmış oyunda "Hatayspor" doğma meydanda "Ərzurumspor"u darmadağın edib. "Göztəpə" isə 7-ci turdan təxirə salınmış lider "Alanyaspor"la ev oyununda minimal hesabla qalib gəlib.
 
Bu nəticələrdən sonra "Alanyaspor" 23 xalla zirvədəki mövqeyini qoruyub. "Göztəpə" 18 xalla 5-ci, "Hatayspor" 15 xalla 11-ci, "Ərzurumspor" isə 9 xalla 18-cidir.
 
Türkiyə Super Liqası
9 dekabr
 
Göztəpə – Alanyaspor 1:0
Qol: Tripiç, 70.
 
Hatayspor – Ərzurumspor 3:0
Qol: Diuf, 41. O.çelik, 47-öz qapısına. Akintola, 57.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest