"Həmin epizodda "fayr-play" olmalı idi. Orada yanlışlıqla Arif Daşdəmirova ikinci sarı vərəqə göstərərək meydandan qovdu. "Sarı"nı Xəyal Nəcəfov göstərməli idi. Oyunçuları səhv saldı"

"Yarımfinala çıxmağımız sevindircidir. "Neftçi" ilə düşəndə fikirləşirdik ki, bu rəqibi keçə bilərikmi. Futbolçularımız xarakter göstərdi. Hər birinə təşəkkür edirəm".

Matç.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.

O, bildirib ki, yarımfinala vəsiqə qazanmaqları Sumqayıt futbolu üçün böyük təkandır: "Məni tək narahat edən komandanın fiziki durumu idi. çatdıra bilməyəcəyimizdən ehtiyatlanırdım. Hər iki cəbhədə vuruşmağa çalışacağıq. Bu iki oyunda futbolçularımızın əzmkarlığı "Neftçi"dən üstün idi. Əlbəttə, rəqibi düzgün analiz etmişdik. Yarımfinaldakı rəqibimiz sonuncu yerdə getsə də, komandanın potensialı böyükdür. Yəqin ki, bütün güclərini kuboka qoyacaqlar.  Qış fasiləsində güclənməliyik. Hər mövqedə rəqabət olmalıdır. Legioner futbolçu götürə bilmirik. Amma yenə də yeni oyunçular cəlb etməyə çalışacağıq. Bu barədə rəhbərliklə danışmışıq. Əsas məsələ hücumçudur. Maraqlandığımız oyunçular var".

Abbasov baş hakim Orxan Məmmədovun Arif Daşdəmirova yanlışlıqla qırmızı vərəqə göstərdiyini vurğulayıb: "Elə şeyi "Neftçi"nin futbolçusuna yaraşdırmıram. Həmin epizodda "fayr-play" olmalı idi. Orada yanlışlıqla Arif Daşdəmirova ikinci sarı vərəqə göstərərək meydandan qovdu. "Sarı"nı Xəyal Nəcəfov göstərməli idi. Oyunçuları səhv saldı. Bu qədər insan gəlib. Bir səhvlə çox şey ola bilər. Referinin əsas vaxta 7 dəqiqə əlavə etməsi də düz deyil".

37 yaşlı mütəxəssis həm "Zirə"yə rəhbərlik etdiyi dönəmdə, həm də "Sumqayıt"la "Neftçi"ni üstələməsi ilə bağlı suala gülərək belə cavab verib: "Bu qədər də şişirtməyək".

Qeyd edək ki, ilk matçda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi üçün yarımfinala vəsiqə qazanan "Sumqayıt"  "Zirə"yə rəqib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest