"Birmənalı şəkildə deyə bilmərəm ki, çempionat davam etdirilsin, ya yox. çünki vəziyyət yetərincə ciddidir. ölkədə koronavirusa yoluxma gündən-günə artır".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının taleyi barədə danışarkən deyib.
 
31 yaşlı yarımmüdafiəçi bildirib ki, koronavirusa yoluxmaqdan ehtiyat edir: "Təkcə özümə görə çox narahat deyiləm. Uşaqlara və böyüklərə yoluxdura bilərəm. Bu səbəbdən, ehtiyatlanıram".
 
Hüseynovun sözlərinə görə, 12-ci turun təxirə salınmış "Qarabağ"la qarşılaşmasında oynamaq istəyiblər: "Əslində biz həmin matçın təxirə salınmasını istəmirdik. Amma belə qərar verildi. Ondan əvvəlki tur itkilərimizə, koronavirusa yoluxmuş futbolçularımıza rəğmən, "Sumqayıt"la matça çıxdıq və 1:0 hesablı qələbə qazandıq".
 
Azərbaycan yığmasının da formasını geyinmiş təcrübəli oyunçu UEFA Millətlər Liqasında şans qazana bilməməsindən və komandanın dünya çempinatının seçmə mərhələsindəki imkanlarından da söz açıb: "Dç-2022-dəki rəqiblərimiz çox ciddidir. Bizi maraqlı oyunlar gözləyir. Real danışsaq, Portuqaliya aşkar favoritdir, amma doğma meydanda bu cür güclü komandalardan xallar almaq mümkündür. Millimiz özünü oyunlara psixoloji cəhətdən hazırlamalıdır. Canni De Byazi mənə Millətlər Liqasında şans vermədi, seçmə mərhələdə yenidən komandaya çağırılacağıma ümid edirəm. Artıq öz klubumda əsas heyətdə oyunlara çıxıram. Yavaş-yavaş formamı yığıram. Millinin qapıları isə hər zaman hər oyunçu üçün açıqdır. ümid edirəm ki, mənə də şans veriləcək".
 
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest