FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin siyahıdakı mövqeyi dəyişməyib.
 
Komandamız 1180 xalla 109-cu pillədə qərarlaşıb. 
 
Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci yerdədir. 1495 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi 1295 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.
 
1487 xala malik Türkiyə millisi 32-ci sıradadır.
 
Reytinqin ilk 3 pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest