Futbol üzrə Gürcüstan çempionatında mövsümə yekun vurulub.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya" da sonuncu matçına çıxıb.
 
Sözügedən klub 18-ci tur çərçivəsində səfərdə "Saburtalo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qola imza atan Qurbanov bu oyunun iştirak ərizəsində də yer almayıb. Məsələ burasındadır ki, futbolçumuz mövsümün son matçını gözləmədən ölkəmizə qayıtmağa qərar verib. Hazırda Azərbaycanda olan Qurbanovun klubuyla müqaviləsinin müddəti də bu ayın sonuna qədərdir. Onun sözügedən komandaya qayıtması klubun növbəti mövsüm üçün müəyyənləşəcək büdcəsindən və rəhbərliyin qərarından asılı olacaq.
 
Qeyd edək ki, "Samtrediya" mövsümü 18 oyuna topladığı 19 xalla 10 komanda arasında 7-ci pillədə başa vurub. 40 xal toplayan Tiflis "Dinamo"su çempion olubsa, Batumi "Dinamo"su ikinci (36 xal), "Dila" üçüncü (30 xal) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest