Türkiyənin "Konyaspor" klubunda daha üç nəfərdə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə COVİD-19 testi pozitiv çıxanlardan birinin futbolçu, digər ikisinin isə klub işçisi olduğu diqqətə çatdırılıb. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıblar.
 
Qeyd edək ki, "Konyaspor"da əvvəlki günlərdə də bir neçə futbolçuda koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest