"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.

"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.
 
O, noyabrın 28-də "Qarabağ" klubu ilə birlikdə Ağdama səfər etmişdi.
 
Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest