"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının koronavirusa yoluxmuş sabiq futbolçusu Elbrus Abbasov koronavirusdan müalicə aldığı Ağdamdan Bakıya gətirilib
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
 
Abdullayev bildirib ki, Abbasovun paytaxta gətirilməsində səbəb onun durumunun pisləşməsidir. FVİ sədri keçmiş hücumçunun "Yeni klinika"ya yerləşdirildiyini sözlərinə əlavə edib: "Onun yerləşdirilməsinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev köməklik edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə Abbasovun müalicəsininə dəstək olacaqlarını bildirdi".
 
Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest