Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat özdemir koronavirusdan sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə federasiya rəhbərindən götürülmüş sonuncu COVİD-19 testinin neqativ çıxdığı diqqətə çatdırılıb. O, artıq müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Nihat özdemirin hələ bir müddət karantində qalacağı və federasiyanın işlərinə evindən nəzarət edəcəyi bildirilib.
 
Bu arada daha üç türk hakimdə koronavirus aşkarlanıb. TFF-nin yaydığı məlumata görə, yardımçı hakim kimi fəaliyyət göstərən adları açıqlanmayan həmin şəxslər dərhal karantinə alınıblar. Onlar 14 gün karantində qalacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest