İtaliya Futbol Federasiyasının İntizam Komitəsi "Yuventus"un futbolçusu Alvaro Moratanın cəzasını yüngülləşdirib.
 
Matc.az xəbər verir ki, daha əvvəl 2 oyunluq cəzalandırılan ispan hücumçunun diskvalifikasiya müddəti 1 oyuna salınıb.
 
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Morata A Seriyasının 9-cu turu çərçivəsində keçirilən "Benevento" – "Yuventus" matçının 90+7-ci dəqiqəsində qeyri-etik davranışa görə meydandan qovulmuşdu. Görüş 1:1 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest