Fransanın PSJ klubu futbolçusu Neymarın satış qiymətini müəyyənləşdirib.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi braziliyalı hücumçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
PSJ ilə 2022-ci ilə qədər müqaviləsi olan Neymarın klubdakı gələcəyi qeyri-müəyyəndir. Fransa klubunun rəhbərliyi 28 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest