İngiltərənin "Aston Villa" klubu futbolçusu Con Makqinnin müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Makqinn 2018-ci ilin yayından "Aston Villa"da çıxış edir. Yarımmüdafiəçi Şotlandiya milli komandasının da üzvüdür.
 
Makqinn bu mövsüm Premyer Liqada 9 oyuna 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest