Türkiyənin "Bursaspor" klubu keçmiş futbolçusu və kapitanı Pablo Batalyaya heykəl qoyub.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Argentinalı futbolçunun heykəli klubun bazasının girişinə qoyulub.
 
Batalya 2009-2014-cü illər aralığında "Bursaspor"da çıxış edib. Yarımmüdafiəçi "Bursaspor"la 2010/11 mövsümündə Super Liqada çempionluq yaşayıb. Batalya "timsahlar"da 210 oyunda 55 qol vurub, 65 məhsuldar ötürmə edib.
 
36 yaşlı futbolçu hazırda klubsuzdur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest