Türkiyənin "Sivasspor" klubunda daha bir futbolçu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə Super Liqanın 12-ci turu çərçivəsində "Alanyaspor"la matçdan öncə kollektivdən koronavirus testi götürüldüyü diqqətə çatdırılıb. Nəticədə bir futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Adı açıqlanmayan oyunçu dərhal karantinə alınıb.
 
"Sivasspor" daha öncə koronavirusa yoluxan futbolçulardan ikisinin sağaldığını da açıqlayıb. Bir məşqçinin də sonuncu COVİD-19 testi neqativ çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest