Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub. 
 
Münhenqladbax "Borussiya"sı doğma meydanda "Herta" ilə heç-heçəyə razılaşıb. "Maynts" evdə "Köln"ə minimal hesabla uduzub. "Frayburq" isə "Arminiya" üzərində inamlı qələbəyə sevinib.
 
Lider "Bavariya" bu turda Berlin səfərində "Yunion"la qarşılaşıb və xal itkisi ilə üzləşib. Dortmund "Borussiya"sı isə "Ştutqart"la üz-üzə gəlib. Dortmundlular bu görüşdə darmadağına üzülüblər. "Leyptsiq" isə "Verder"lə ev oyununda inamlı qələbə sayəsində "Bavariya" ilə xallarını bərabərləşdirib və zirvəyə şərik olub.
 
Almaniya Bundesliqası
11-ci tur
11 dekabr
 
Volfsburq – Ayntraxt 2:1
Qol: Veqorst, 76-pen; 88 – Dost, 62-pen.
 
12 dekabr
 
Frayburq – Arminiya 2:0
Qol: Qrifo, 79-pen. Yonq, 90+2.
 
Leyptsiq – Verder 2:0
Qol: Sabitser, 26-pen. Olmo, 41.
 
Maynts – Köln 0:1
Qol: Rexbeçay, 55.
 
Borussiya (Münhenqladbax) – Herta 1:1
Qol: Embolo, 70 – Gunduzi, 47.
 
Borussiya (Dortmund) – Ştutqart 1:5
Qol: Reyna, 39 – Vamanqituka, 26-pen; 53. Forster, 53. Kulibali, 63. Qonsales, 90+1.
 
Union Berlin – Bavariya 1:1
Qol: Promel, 4 – Levandovski, 68.
 
13 dekabr
 
18:30 Auqsburq – Şalke
21:00 Bayer – Hoffenhaym

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest