Futbol üzrə Amerika Birinci Futbol Liqasında (MLS) mövsümün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, pley-offun finalında "Sietl Saunders" üzərində 3:0 hesablı qələbə qazanan "Kolumbus Kryu" çempionluğu rəsmiləşdirib.
 
Bu, "Kolumbus Kryu"nun tarixində ikinci çempionluqdur. Ohayo ştatının Kolumbus şəhərini təmsil edən bu komanda ilk dəfə 2008-ci ildə ölkənin ən güclüsü olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest