"Real" İspaniya La Liqasının 13-cü turu çərçivəsində "Atletiko"nu 2:0 hesabı ilə məğlub edib.
 
Matc.az xəbər verir ki, bu oyun "kral klubu"nun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
 
Bu, fransalı futbolçunun bütün turnirlər nəzərə alınmaqla, "Real"ın heyətində 528-ci matçı olub. Bununla da, o, Madrid klubunun heyətində ən çox oyun keçirən futbolçu olub.
 
Benzema bu göstəricidə Roberto Karlosu geridə qoyub. Sabiq futbolçu "Real"da 527 oyun keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest