"Kəpəz" doğma meydanda "Sabah"ın əvəzediciləri ilə qolsuz bərabərliyə razılaşıb. Beş qolun qeydə alındığı "Neftçi-2" - "Zaqatala" matçında meydan sahibləri qələbəni bayram ediblər. "Qarabağ"ın əvəzediciləri "Qaradağ Lökbatan" üzərində darmadağına sevinib. Ötən tur ilk qələbəsini qazanan "Sumqayıt"ın ikinci komandası bu dəfə də "Keşlə"nin əvəzedicilərinə qalib gəlib.

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Kəpəz" doğma meydanda "Sabah"ın əvəzediciləri ilə qolsuz bərabərliyə razılaşıb. Beş qolun qeydə alındığı "Neftçi-2" – "Zaqatala" matçında meydan sahibləri qələbəni bayram ediblər. "Qarabağ"ın əvəzediciləri "Qaradağ Lökbatan" üzərində darmadağına sevinib. ötən tur ilk qələbəsini qazanan "Sumqayıt"ın ikinci komandası bu dəfə də "Keşlə"nin əvəzedicilərinə qalib gəlib.
 
Birinci Divizion
10-cu tur
13 dekabr
 
Neftçi-2 – Zaqatala 3:2
Qol: Emin Zamanov, 14-pen. Seymur Əliyev, 45+4. Famil Camalov, 69 – Xəqani Sadıxov, 77. Salman Ələsgərov, 84.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Nicat İsmayıllı
"Neftçi"nin məşq mərkəzi (4-cü meydança), 13:00.
 
Kəpəz – Sabah-2 0:0
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Kərim Zeynalov, Fərid Hacıyev
Gəncə şəhər stadionu, 14:00.
 
Qaradağ Lökbatan – Qarabağ-2 0:3
Qol: Nəriman Axundzadə, 29. Sultan Mustafayev, 84. Riad Abbaszadə, 90+5.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Teymur Teymurov, Tural Qurbanov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
 
Sumqayıt-2 – Keşlə-2 2:0
Qol: Mehman Məsimov, 27. Cavidan Abbaszadə, 38.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov
"Sumqayıt Arena" (ehtiyat meydança), 14:00.
 
14 dekabr
 
Turan Tovuz – MOİK
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu, 14:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest