Emeri zədəsini sağaltdıqdan sonra Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la görüşdə (1:0) ulduz futbolçuya start heyətində şans vermiş və 83 dəqiqə onu meydanda saxlamışdı.

"Arsenal" yarımmüdafiəçisi Məsut özillə yollarını ayırmağı planlaşdırır. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Almaniya millisinin üzvü baş məşqçi Unay Emerinin etimadını doğrulda bilmir.

Emeri zədəsini sağaltdıqdan sonra Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la görüşdə (1:0) ulduz futbolçuya start heyətində şans vermiş və 83 dəqiqə onu meydanda saxlamışdı. Həmin qarşılaşmadakı performansından məmnun qalmayan Emeri Premyer Liqanın ötən turunda "Sauthempton"la oyunda özilə cəmi 20 dəqiqə şans vermişdi. İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində "Tottenhem"lə matçda isə 30 yaşlı yarımmüdafiəçi heç "18-liy"ə salınmayıb. Yerli KİV "topçular"ın artıq qış fasiləsində Türkiyə əsilli futbolçu ilə vidalaşmaq niyyətində olduğunu iddia edib.

Qeyd edək ki, "Arsenal" "Tottenhem"ə 0:2 hesabı ilə məğlub olaraq, Liqa Kubokunda mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest