Futbol üzrə Azərbaycan millisinin Dç-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən olan Serbiya yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.
 
Matc.az xəbər verir ki, bu barədə Serbiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
 
68 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onunla yolların Aç-2020-nin seçmə mərhələsindəki uğursuzluğa görə ayrıldığı bildirilib.
 
Qeyd edək ki, A qrupunda Azərbaycan və Serbiya milliləri ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq seçmələri də yer alıb. Dç-2022-yə ev sahibliyi edəcək Qətər yığması isə bu qrupda müsabiqədənkənar şəkildə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest