Fransa çempionu PSJ-nin hücumçusu Neymarın zədəsi gözlənildiyi qədər ciddi deyil.
 
Matc.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə tibbi müayinənin nəticələrinin ürəkaçan olduğu açıqlanıb. Sol topuğunda burxulma aşkarlanan braziliyalı hücumçunun 48 saat sonra yenidən müayinədən keçəcəyi bildirilib.
 
Fransa mətbuatının yazdığına görə, 28 yaşlı oyunçu təxminən iki həftə sonra yenidən məşqlərə başlaya biləcək.
 
Xatırladaq ki, Neymar Fransa çempionatının 14-cü turunda Lion "Olimpik"i ilə ev oyununda (0:1) zədələnib və meydanı xərəkdə tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest