"çelsi"nin texniki məsləhətçisi Petr çex yenidən yaşıl meydanlara qayıdıb.
 
Matc.az xəbər verir ki, 38 yaşlı qolkiper London təmsilçisinin U-23 komandasının heyətində meydana çıxıb.
 
çexiya yığmasının sabiq qapıçısı Premyer Liqa-2-nin 10-cu turunda "Tottenhem"lə görüşdə oynayıb. Bu matçda "çelsi" 3:2 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, çex 2019-cu ildə futbolçu karyerasını başa vurub və bundan sonra London təmsilçisində texniki məsləhətçi vəzifəsinə təyin olunub. Lakin 2020/21 mövsümü ərəfəsində o, ehtiyat qapıçı kimi sifariş olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest