Rodriqo Qattas "Qəbələ"dən ayrılıb.
 
Matc.az xəbər verir ki, çilili yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək.
 
29 yaşlı futbolçu İspaniyanın 4-cü liqa təmsilçisi "Montijo" ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb.
 
Qeyd edək ki, "Montijo" 9 turdan sonra 23 xalla 4-cü liqada liderdir.
 
Xatırladaq ki, Rodriqo Qattas 2020-ci ilin fevralından "Qəbələ"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest