21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç yığmadakı işini davam etdirəcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
 
Milli assosiasiya rəsmisinin sözlərinə görə, serbiyalı mütəxəssisin bu ilin sonunda başa çatan müqaviləsi avtomatik olaraq yenilənib: "Orada belə bir bənd var idi ki, tərəflərdən hər hansı biri sözləşməyə xitam verməzsə, müddət növbəti mərhələ üçün avtomatik artırılacaq".
 
Firuz Abdulla digər yığmaların baş məşqçiləri ilə bağlı məsələyə isə yaxın günlərdə aydınlıq gələcəyini söyləyib.
 
Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarından U-21 yığmasına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest