Türkiyənin "Ərzurumspor" klubunun yeni prezidenti müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa klubuna bundan sonra ömer Düzgün rəhbərlik edəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu gün klubun idarə heyətinin növbəti iclası keçirilib. Toplantıda ötən gün istefa verən Hüseyn üneşin əvəzində bu vaxta qədər vitse-prezident kimi çalışan ömer Düzgün yeni prezident seçilib.
 
Qeyd edək ki, "Ərzurumspor" Super Liqanın cari mövsümündə keçirdiyi 12 oyunda topladığı 9 xalla 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest