Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, "Ankaragücü" doğma meydanda "Hatayspor"la qarşılaşıb.
 
Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar. Ardıcıl ikinci qələbəsini qazanan paytaxt təmsilçisi xal hesabını 8-ə yüksəltsə də, 21 kollektiv arasında 20-ci sıradadır. "Hatayspor" isə 18 xalla 8-cidir.
 
Türkiyə Super Liqası
6-cı turun oyunu
15 dekabr
 
Ankaragücü – Hatayspor 2:0
Qol: Şarliya, 69. Peyntsil, 89.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest