"Qarabağ"ın Antalya təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə üz-üzə gələcəyi komandalardan birinin adına aydınlıq gəlib. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Pyast"la qarşılaşacaq.

Bu barədə Polşa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Komandanın toplanış proqramının açıqlandığı xəbərdə "Pyast"ın yanvarın 23-də "Qarabağ"la yoxlama görüşü keçirəcəyi vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" yanvarın 7-də üç həftəlik toplanış üçün Antalyaya yollanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest