"Beşiktaş"ın kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində bir futbolçuda koronavirus aşkarlanıb.
 
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
COVİD-19 testi pozitiv çıxan futbolçunun adı açıqlanmayıb. O, dərhal karantinə alınıb.
 
Qeyd edək ki, "Beşiktaş" Türkiyə kubokunun 1/16 final mərhələsi çərçivəsində dekabrın 17-də "Tarsus İdmanyurdu" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest