"Beşiktaş"ın gənc futbolçusu Rıdvan Yılmaz İstanbul klubu ilə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
19 yaşlı sol cinah müdafiəçisi ilə müddəti 2025-ci ilin sonunda başa çatacaq müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi.
 
"Beşiktaş"ın öz yetirməsi olan Rıdvan Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyə qədər "qara qartallar"ın heyətində 14 rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest