Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, bu mərhələdə cütün qalibi bir oyunda müəyyənləşir. 
 
İlk oyun günündə beş qarşılaşma baş tutub. Super Liqa təmsilçilərindən "Kasımpaşa" "Muğlaspor"u, "Rizəspor" "Əskişəhərspor"u, "Yeni Malatyaspor" isə "Hekimoğlu Trabzon"u böyük hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib. "Göztəpə" isə "Bursaspor"la gərgin keçən oyunda məğlub olaraq mübarizəni dayandırıb. "Qalatasaray" da "Darıca Gənclərbirliyi" səddini bir qolla keçib.
 
Türkiyə kuboku
1/16 final
15 dekabr
 
Kasımpaşa – Muğlaspor 5:0
Rizəspor – Əskişəhərspor 3:0
Yeni Malatyaspor – Hekimoğlu Trabzon 5:0
Göztəpə – Bursaspor 4:5
Qalatasaray – Darıca Gənclərbirliyi 1:0
 
16 dekabr
 
14:00. Ərzurumspor – Erokspor
15:00. Qaziantep – Kocaelispor
17:00. Alanyaspor – Adanaspor
19:15. Trabzonspor – Adana Dəmirspor
22:00. Fənərbaxça – Karacabey Bələdiyəspor
 
17 dekabr
 
14:00. Gənclərbirliyi – Tuzlaspor
14:00. Konyaspor – Altınordu
16:00. Antalyaspor – Boluspor
18:00. Sivasspor – Girəsunspor
19:45. Başakşəhər – Turqutluspor
22:00. Beşiktaş – Tarsus İdman Yurdu
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest