Futbol üzrə Almaniya Bundesliqasında 12-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Borussiya" (Münhenqladbax) səfərdə "Ayntraxt"la qarşılaşıb. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
 
"Ştutqart" – "Union Berlin" və "Herta" – "Maynts" görüşlərində də heç-heçə qeydə alınıb. Dortmund "Borussiya"sı isə səfərdə "Verder"lə üz-üzə gəlib və çətin qələbəyə sevinib.
 
Almaniya Bundesliqası
12-ci tur
15 dekabr
 
Ayntraxt – Borussiya (Münhenqladbax) 3:3
Qol: A.Silva, 22-pen; 24. Barkok, 32 – Ştindl, 14; 90-pen; 90+5.
 
Ştutqart – Union Berlin 2:2
Qol: Kaladziç, 85; 90+3 – Fridrix, 4. Avoniyi, 77.
 
Herta – Maynts 0:0
 
Verder – Borussiya (Dortmund) 1:2
Qol: Mohvald, 28 – Gerrero, 12. Roys, 78.
 
16 dekabr
 
21:30 Şalke – Frayburq
23:30 Hoffenhaym – Leyptsiq
23:30 Köln – Bayer
23:30 Bavariya – Volfsburq
23:30 Arminiya – Auqsburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest