Türkiyənin "Ərzurumspor" klubunda daha iki nəfər koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə COVİD-19 testi pozitiv çıxanlardan birinin futbolçu, digərinin klub işçisi olduğu bildirilir. Onların adları açıqlanmayıb. Hər iki şəxs karantinə alınıb və nəzarətə götürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest