PSJ-nin hücumçusu Neymarın zədələnməsinə səbəb olan Lion "Olimpik"inin yarımmüdafiəçisi Tyaqo Mendes ölümlə hədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. O, özünün və ailəsinin təhdid mesajları aldığını bildirib:
 
"Neymarın zədələnməsinə səbəb olduğum üçün üzr istəyirəm. Tezliklə sağalaraq sevənləri üçün ən yaxşı futbolunu göstərməsinə ümid edirəm. Mən və ailəm sosial şəbəkə hesablarında içində ölüm təhdidləri olan ismarıclar alırıq. Neymarı bilərəkdən zədələmək kimi bir düşüncəm olmayıb".
 
Fransa Liqa 1-in 14-cü turu çərçivəsində keçirilən PSJ – "Olimpik" matçında (0:1) Mendes 90+6-cı dəqiqədə Neymarla girdiyi ikili mübarizədə onu zədələyib. Neymarın uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest