"Neftçi"nin koronavirusdan sağalan baş məşqçisi Samir Abasov komanda ilə məşqlərə qoşulub.
 
Matc.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə yanaşı kapitan Emin Mahmudov, eləcə də Anton Krivotsyuk və Fəhmin Muradbəyli məşqlərə başlayıb.
 
Koronavirus aşkarlanan Stiven Monroz, Bruno Teluşi və zədəli Cabir Əmirli məşqdə iştirak edə bilmir. 
 
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sabah"la qarşılaşacaq. Görüş dekabrın 20-də "Bank Respublika Arena"da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest