Bir müddət əvvəl "Borussiya"da (Dortmund) baş məşqçi postundan qovulan Lusyen Favr Almaniya klubundan təzminat alacaq.
 
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 
 
Xəbərdə, vaxtından əvvəl müqaviləsinə xitam verilən Favrın "Borussiya"dan 1 milyon avro təzminat alacağı bildirilir.
 
Dekabrın 12-də istefaya göndərilən Favr "Borussiya"nı 2018-ci ilin mayından çalışdırırdı.
 
"Borussiya"nı mövsümün sonuna qədər komandada köməkçi-məşqi kimi işləyən Edin Terziç çalışdıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest