Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu mərhələdə cütün qalibi bir oyunda müəyyənləşir.
 
İlk oyun günündə beş qarşılaşma baş tutub. Super Liqa təmsilçilərindən "Kasımpaşa" "Muğlaspor"u, "Rizəspor" "Əskişəhərspor"u, "Yeni Malatyaspor" isə "Hekimoğlu Trabzon"u böyük hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib. "Göztəpə" isə "Bursaspor"la gərgin keçən oyunda məğlub olaraq mübarizəni dayandırıb. "Qalatasaray" da "Darıca Gənclərbirliyi" səddini bir qolla keçib.
 
İkinci oyun günündə də beş görüş keçirilib. Elita təmsilçilərindən "Ərzurumspor" "Erokspor"u, "Alanyaspor" "Adanaspor"u darmadağınla mübarizədən kənarlaşdırıbsa, "Qaziantep" "Kocaelispor"la, "Fənərbaxça" da "Karacabey Bələdiyəspor"la oyunlarda çətin qələbə sayəsində mərhələ adlayıb. Kubokun son qalibi "Trabzonspor" isə mübarizəni dayandırıb. Sözügedən komanda "Adana Dəmirspor"la oyunda penaltilərlə uduzub.
 
Türkiyə kuboku
1/16 final
 
15 dekabr
 
Kasımpaşa – Muğlaspor 5:0
Rizəspor – Əskişəhərspor 3:0
Yeni Malatyaspor – Hekimoğlu Trabzon 5:0
Göztəpə – Bursaspor 4:5
Qalatasaray – Darıca Gənclərbirliyi 1:0
 
16 dekabr
 
Ərzurumspor – Erokspor 5:1
Qaziantep – Kocaelispor 3:2
Alanyaspor – Adanaspor 5:1
Trabzonspor – Adana Dəmirspor 2:2 (penaltilər 3:4)
Fənərbaxça – Karacabey Bələdiyəspor 1:0
 
17 dekabr
 
14:00. Gənclərbirliyi – Tuzlaspor
14:00. Konyaspor – Altınordu
16:00. Antalyaspor – Boluspor
18:00. Sivasspor – Girəsunspor
19:45. Başakşəhər – Turqutluspor
22:00. Beşiktaş – Tarsus İdman Yurdu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest