Türkiyənin "Ankaraspor" klubuna yeni baş məşqçi təyin olunub.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra vaxtilə "Qarabağ" və "Neftçi"də də işləmiş Mehmet Ak çalışdıracaq.
 
Bu barədə TFF 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə klub rəhbərliyinin Mustafa özeri istefaya göndərdiyi, onun yerinə Mehmet Akın baş məşqçi təyin olunduğu diqqətə çatdırılıb. 38 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Ona Hasan Vural, Bahaddin Türkarslan, Volkan Arat, Ahmet özdemir və Habip Anapalın kömək edəcəyi bildirilib.
 
Mehmet Ak Ankara təmsilçisində bu mövsüm 4-cü baş məşqçidir. Mövsümə Ali Güneş ilə başlayan klub, daha sonra İsmet özdemir və Mustafa özeri bu posta təyin etmişdi.
 
Qeyd edək ki, "Ankaraspor" 1-ci liqada bu mövsüm keçirdiyi 13 oyunda cəmi 9 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest