Bu gün Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Fənərbaxça" ilə qarşılaşacaq "Giresunspor" görüşə ciddi itkilərlə çıxacaq.

Aşağı liqa təmsilçisinin 5 oyunçusu Superliqa nəhəngi ilə oyunda komandasına kömək edə bilməyəcək. Onlardan biri də Azərbaycanın U-21 millizinin üzvü Ozan Can Kökçüdü. Qasıq nahiyəsindən zədə alan gənc yarımmüdafiəçi müayinə olunmaq üçün Hollandiyaya yollanıb. Onun nə zaman sıraya dönəcəyi müayinənin nəticəsinə görə bəlli olacaq.

Qeyd edək ki, "Giresunspor" - "Fənərbaxça" oyunu Bakı vaxtı ilə 21:30-da başlayacaq. Bu komandalar arasındakı ilk görüşdə "Fənərbaxça" 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest