"Sivasspor"un baş məşqçisi Rıza çalımbay koronavirusdan sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis sosial şəbəkə hesabında məlumat yayıb.
 
O, sonuncu COVİD-19 testinin neqativ çıxdığını bildirib. Təcrübəli mütəxəssis bu gün Türkiyə kuboku çərçivəsində "Girəsunspor"a qarşı keçirəcəkləri oyunda komandasının yanında olacağını bildirib.
 
Qeyd edək ki, çalımbay xəstəlik səbəbindən "Trabzonspor", "Vilyarreal" və "Makkabi" (Təl-Əviv) ilə matçlarda komandasına rəhbərlik edə bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest