"Milan" İtaliya A Seriyasında ardıcıl 14 oyunda 2 və daha çox qol vurmaqla rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, son olaraq ötən gün "Cenoa" ilə səfər oyununda meydanı 2:2 hesablı heç-heçə ilə tərk edən milanlılar "Torino"ya məxsus rekordu qırıb.
 
"Torino" ardıcıl 13 çempionat matçında meydanı ikidən az qolla tərk etməmişdi. "Milan" isə belə oyunlar seriyasını 14-ə çatdırıb. Bu mövsüm 12 oyunda 2 və daha çox qol vuran komanda, ötən mövsümün son iki matçında da oxşar uğura imza atmışdı.
 
Qeyd edək ki, "Milan" bu mövsüm keçirdiyi 12 oyunda 8 qələbə və 4 heç-heçə sayəsində topladığı 28 xalla çempionatın lideridir. Stefano Piolinin çalışdırdığı kollektiv rəqib qapılarından bütövlükdə 27 qol keçiribsə, öz qapısında 13 top görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest