"Yuventus"un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə nümunəvi addımla gündəmə gəlib.
 
Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu UEFA çempionlar Liqasının qrup mərhələsində keçirilən "Barselona" ilə oyunda (3:0) geyindiyi formanı xeyriyyə qurumuna bağışlayıb.
 
Forma qurum tərəfindən hərraca çıxarılacaq. Təklif edilən minimum məbləğ isə 2 min avrodur.
 
Sözügedən oyunda Ronaldo iki qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest