Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu) yaradılıb.
 
Matc.az xəbər verir ki, bu səbəbdən Peşəkar Futbol Liqası birbaşa üzvləri olan Premyer Liqa klubları ilə birgə XII turu "YAŞAT turu" elan edib.
 
Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər.
 
Qeyd edək ki, XII turun oyunları dekabrın 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest