Azərbaycan Premyer Liqasında çıxış edən daha 3 komanda qış təlim-toplanışı ilə bağlı seçimini edib.
 
Matc.az xəbər verir ki, "Qəbələ", "Sabah" və "Səbail" hazırıq prosesini Bakıda keçəcək.
 
Sözügedən klublar pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər. Hər 3 komanda yanvarın əvvəlində toplaşaraq, mövsümün ikinci yarısına hazırlaşacaq. (Report)
 
Qeyd edək ki, daha əvvəl "Neftçi" və "Zirə"nin təlim-məşq toplanışını paytaxtda keçəcəyi bəlli olub. "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin isə hazırlıq planı hələ dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest