Futbol üzrə İspaniya Super Kubokunun püşkü atılıb.
 
Matc.az xəbər verir ki, yarımfinalın ilk oyununda "Barselona" yanvarın 13-də Kordobada "Real Sosyedad"la qarşılaşacaq.
 
Növbəti gün isə "Real" Malaqada "Atletik"lə üz-üzə gələcək.
 
Super Kubokun finalı yanvarın 17-də Sevilyada baş tutacaq.
 
Qeyd edək ki, ötən mövsüm İspaniya Super Kubokunun finalı Səudiyyə Ərəbistanında keçirilib  və qalib "Real" olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest