"çelsi"nin müdafiəçisi Andreas Kristensen "Barselona"ya keçməyəcək. Matç.az saytının "Daily Mail"ə istinadən məlumatına görə, London təmsilçisi danimarkalı futbolçunu saxlamaq qərarına gəlib.

Samuel Umtiti və Tomas Vermalen zədəli olduğundan, mərkəz müdafiəçisi axtarışında olan "Barselona" Kristensenlə maraqlansa da, "zadəganlar" "yox" cavabını verib. Rəhbərlik onun mövsümün sonuna qədər komandada qalmasını qərara alıb.

Qeyd edək ki, Andreas Kristensen bu mövsüm Premyer Liqada cəmi 1 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest