FİFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb.
 
Polşalı futbolçu İspaniya "Barselona"sından Lionel Messi və İtaliya "Yuventus"undan Kristiano Ronaldonu üstələyib.
 
Qeyd edək ki, Robert Levandovski karyerasında ilk dəfə "The Best" mükafatını qazanır.
 
Qadın futbolçular arasında da ən yaxşı oyunçunun adına aydınlıq gəlib. Bu ada İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Lusi Bronz layiq görülüb. 29 yaşlı oyunçu "çelsi"dən Pernil Harder və Fransanın "Olimpik" (Lion) klubundan Vendi Renarı qabaqlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest