Baş məşqçi təlim-məşq toplanışının hava şəraitinə uyğun Bakıda və ya Qəbələdə baş tutacağını söyləyib. Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.

"Hazırda "Qarabağ"la oyunu düşünürük. Həmin qarşılaşmada uğurlu nəticəyə köklənmişik".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 12-ci turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.
 
40 yaşlı mütəxəssis görüşə tam heyətə hazırlaşdıqlarını və bütün oyunçularının test nəticələrinin neqativ olduğunu bildirib: "Zədə ilə bağlı da problemimiz yoxdur. Tam tərkibdə matça hazırlaşırıq. Rəqibdə koronavirusla bağlı bəzi futbolçular oynamayacaq. Amma onların heyəti genişdir. Hansısa futbolçunun yoxluğu "Qarabağ"a təsir etməməlidir. Biz rəqibdən çox öz oyunçularımızı düşünürük".
 
Baxşıyev 12 və 13-cü turun arasında az vaxtın olmasına da toxunub: "Belə şəraitdə də oynamışıq. 3-4 gündən bir matçlarımız olub. Bunu normal qəbul etmək lazımdır. Hər bir kollektiv bu praktikanı keçib. Biz təqvimlə bağlı qərarı normal qarşıladıq".
 
Baş məşqçi təlim-məşq toplanışının hava şəraitinə uyğun Bakıda və ya Qəbələdə baş tutacağını söyləyib.
 
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest