"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Ruben Selles iş yerini dəyişib.
 
Matc.az xəbər verir ki, 37 yaşlı mütəxəssis bundan sonra Danimarkanın "Kopenhagen" komandasında çalışacaq. Selles baş məşqçi Cess Torupun köməkçisi olacaq.
 
Klubun idman direktoru Uilyam Kvist təyinatla bağlı fikirlərini bölüşüb. O, gənc mütəxəssisin məşq meydanında böyük səriştəyə sahib olduğunu vurğulayıb: "Sellesin beynəlxalq təcrübəsi var. Məsələn, "Qarabağ" çempionlar Liqasının qrup mərhələsinə çıxanda o, komandada idi. Təəssüf ki, bizim hesabımıza qrup mərhələsinə vəsiqə qazandılar".
 
Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsində çalışıb. O, son olaraq İspaniyanın "Valensiya" klubunun U-18 komandasının baş məşqçisi postunu tutub.
 
"Qarabağ" 2017/18 mövsümündə pley-off mərhələsində evdə "Kopenhagen"i 1:0 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi səfərdə rəqibinə 1:2 hesabı ilə uduzsa da, çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest